Şəhid Elvin Mustafayev dəfn edildi - Fotolar
Vətən müharibəsinin şəhidi Elvin Mustafayev Gəncədə dəfn olunub.
Sabah.az APA-ya istinadən xəbər verir ki, Elvin Mustafayevin nəşi Gəncə Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, şəhər İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri iştirak edib.
Mərasimdə yaylım atəşi açılıb.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu (MAHHXQ) Mustafayev Elvin Fəxrəddin oğlunun nəşinin tapılması haqda iyunun 3-də məlumat açıqlanıb.
Elvin Mustafayev 1992-ci ildə Gəncədə anadan olub. Vətən müharibəsinin ilk günlərində itkin düşüb.
E.Mustafayev evli olub, 3 övladı var.
Daha çox