MİQ imtahanında COVID-19 pasportu tələb ediləcək?

XƏBƏR
13:38
4 İyun 2021
582

“Müəllimlərin işə qəbulu zamanı COVID-19 pasportu və immunitet sertifikatı tələb olunmayacaq. Test imtahanı mərhələsində heç bir namizəddən bu sənədlər tələb edilməyəcək”.

Sabah.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin əməkdaşı Tükəzban Quliyeva deyib.

O bildirib ki, sadəcə olaraq imtahana cəlb olan bütün heyət – nəzarətçilər və digər heyət COVID-19 testindən keçiriləcək: “Ümumiyyətlə, müsabiqənin digər mərhələsində tələb olunarsa, bununla bağlı əvvəlcədən bütün namizədlərə, ictimaiyyətə məlumat veriləcək”.

Xəbər lenti