Neftin kəskin ucuzlaşmasının səbəbi nədir?
Dünya bazarlarında neftin qiyməti kəskin azalaraq bir barrelə görə 31,27 dollar olub.
Sabah.az xəbər verir ki, politoloq Şahin Cəfərli sosial media hesabında neft “siyasət”ində baş verən son hadisələri belə şərh edib:
“Bu cür şok ucuzlaşmanın səbəbi budur ki, Rusiya hasilatı azaltmaqdan imtina etdikdən sonra OPEC+ formatı iflasa uğradı. Səudiyyə Ərəbistanı isə Rusiyanın bu həmləsinə qarşı hasilatı artırmağa qərar verdi və müştərilərə çox ucuz neft təklif etməyə başladı. Ərəblər Moskvanı təkrar masaya oturtmaq istəyir. Koronavirusun Avropa və ABŞ-da yayılmağa davam etməsi hazırda neftin qiymətinə mənfi təsir edən amillərdən biridir. Əsas fundamental problem isə dünya iqtisadiyyatının artım tempinin zəifləməsi və yanacağa tələbatın aşağı düşməsidir”.
Daha çox