Ramiz Mehdiyev koronavirusa yoluxub? - Açıqlama

GÜNDƏM
12:06
4 İyun 2021
794

Azərbaycan Milli Elmlər Akademiyası qurumun prezidenti Ramiz Mehdiyevin koronavirusa yoluxması haqda yayılan məlumatlara aydınlıq gətirib.

Sabah.az xəbər verir ki, AMEA İctimaiyyətlə əlaqələr və informasiya şöbəsindən verilən açıqlamada deyilir:

“Bu gün AMEA prezidenti, akademik Ramiz Mehdiyevin guya koronavirusa yoluxması ilə bağlı bəzi KİV-lərdə məlumatlar yayılıb.

İctimaiyyətin diqqətinə çatdırırıq ki, yayılan məlumatların heç bir əsası yoxdur və onlar həqiqəti əks etdirmir. AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin səhhətində heç bir problem yoxdur və o, iş başındadır”.

Qeyd edək ki, yayılan məlumatlarda R.Mehdiyevin 1 həftədir ki, koronavirusa yoluxduğu və vəziyyətinin ağır olduğu deyilirdi.

Xəbər lenti