Xaricdə təhsil alan 65 nəfərin diplomu niyə tanınmayıb?
May ayında xaricdə təhsil alanların diplomlarının tanınmama səbəbləri açıqlanıb.
Sabah.az xəbər verir ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin may ayı üçün tanınma üzrə edilən müraciətlərin statistikasına əsasən, may ayında 65 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Bunlardan tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 40, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, qeyri-ənənəvi təhsil formasında təhsil alması səbəbi ilə 6, digər səbəblər üzrə 3 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.
Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiyadan 70, Türkiyədən 66, Ukraynadan 66, Gürcüstandan 21, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 14, digər ölkələrdən isə 21 müraciətin olduğu müşahidə olunub.
Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 33, iqtisadiyyat üzrə 20, menecment üzrə 16, biznesin idarə edilməsi üzrə 11, stomatologiya üzrə 10 nəfər müraciətçi qeydə alınıb.
Daha çox