İtkin düşən iki hərbçimizin nəşi tapıldı - Rəsmi açıqlama

GÜNDƏM
09:37
3 İyun 2021
1172

Hərbi Prokurorluq nəşi tapılan iki hərbçi ilə bağlı açıqlama yayıb.

Sabah.az xəbər verir ki, prokurorluqdan verilən məlumatda qeyd edilir ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Mustafayev Elvin Fəxrəddin oğlu və əsgər Yusubov Orxan Allahverdi oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Xəbər lenti