14 hərbi qulluqçu itkin hesab edilir

XƏBƏR
16:59
2 İyun 2021
464

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı itkin düşmüş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.

Sabah.az xəbər verir ki, siyahıya itkin düşmüş hesab olunan 14 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunub.

Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Xəbər lenti