Səmayə Məmmədova vəzifəsindən getdi - Yenilənib

İDMAN
16:40
2 İyun 2021
1213

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova vəzifəsindən ayrılıb.

Sabah.az xəbər verir ki, hazırda məzuniyyətdə olan nazirlik rəsmisi istefa barədə ərizə yazıb.

Rəhbərlik onun ərizəsini qəbul edib. Məmmədovanın vəzifəsindən getməsi yaxın günlərdə rəsmi şəkildə açıqlanacaq.

Onu bu postda Azərbaycan İdman Jurnalistləri Assosiasiyanın rəhbəri Qabil Mehdiyev əvəzləyəcək.

Mehdiyevin təyinatı da S.Məmmədovanın rəsmi gedişindən sonra ictimaiyyətə bildiriləcək.

Qeyd edək ki, bu barədə ilk xəbəri matc.az saytı yayıb.

***

Səmayə Məmmədova jurnalistlərə açıqlamasında məlumatı təsdiqləyib. O bildirib ki, öz istəyi ilə nazirlikdən ayrılıb:

“Mayın 21-dən öz istəyimlə14 il ərzində mətbuat katibi olaraq fəaliyyət göstərdiyim Gənclər və İdman Nazirliyindən  ayrılmışam.  Rəsmi iş məzuniyyətim bitdikdən sonra nazirliyə qayıtmayacağam. Bu 14 il ərzində nazirlik mənim üçün böyük məktəb, ikinci ev, nazirliyin kollektivi isə doğma ailəm oldu. Bir ömür boyu ürəyimdə yaşayacaq  nazirim Azad Rəhimov mənim  mənəvi atam, dostum, qardaşım, böyük məktəbim,  həyatım boyu  haqqında qürurla danışacağım doğmam oldu”.

Xəbər lenti