Bakıda yol çökdü

XƏBƏR
16:15
2 İyun 2021
485

Bakının Səbail rayonu Şeyx Şamil küçəsində, “İçərişəhər” metrostansiyasına yaxın hissəsində yolun çökməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Avtobus dayanacağının qarşısında çökmüş ərazinin ətrafında hər hansı nişan quraşdırılmayıb. Sürücülər çökmə barədə xəbərdar olmadıqlarından artıq bir neçə avtomobilin zədələndiyi bildirilir.

Sabah.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətindən bildirilib ki, yolda baş verən çökmə barədə qurumun aidiyyəti şöbəsi artıq məlumatlandırılıb:

“Bildiririk ki, qısa müddət ərzində çökmənin baş vermə səbəbi müəyyən edilərək aradan qaldırılacaq və yolun asfalt-beton örtüyü bərpa ediləcək”.

Xəbər lenti