Bu çimərliklərdə çimməyə icazə yoxdur
“Respublikanın Baş Dövlət Sanitariya həkiminin müavini tərəfindən imzalanmış və hazırda da qüvvədə olan qərarlara görə, daim çirklənməyə məruz qaldığı səbəbindən bir sıra çimərliklərdə vətəndaşların çimməyi müvəqqəti olaraq qadağan edilib. Bunlar Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan və Xəzər rayonunda Türkan çimərliyidir”.
Sabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində Gigiyena və Epidemologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirib.
Onun sözlərinə görə, GEM tərəfindən ETSN əməkdaşlarının iştirakı ilə dəniz suyunun laborator müayinələri kompleks şəkildə həyata keçirilir.
Yaxın 5-10 gün ərzində bütün tədqiqatlar barədə yekun məlumat veriləcək.
Daha çox