Rüstəm Orucovun rütbəsi artırıldı
Tanınmış cüdoçu Rüstəm Orucovun rütbəsini artırılıb.
Sabah.az xəbər verir ki, olimpiya mükafatçısı bu barədə feysbuk səhifəsində paylaşım edib.
O, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin müvafiq əmrinə əsasən "Baş Leytenant" hərbi rütbəsinə layiq görüldüyünü bildirib.
Orucov "Sərhədçi" İdman Olimpiya Mərkəzinin rəisi polkovnik Elşən Mirzəyev və Mərkəz rəisinin müavini, İdman bölməsinin rəisi polkovnik-leytenant Firdovsi Umudov tərəfindən təltif olunub.
Daha çox