Taekvondoçularımız Niderlandda 7 medal qazandı
Niderlandın Eydhoven şəhərində keçirilmiş “Dutch Open” turnirində Azərbaycan millisi 7 medal qazanıb.
Sabah.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, sayca 47-ci dəfə təşkil olunmuş G1 kateqoriyalı yarşıda medallardan 4-ü qızıl, 2-si gümüş, 1-i isə bürünc əyarlı olub. Qaşım Maqomedov (58 kq), Milad Beigi (80 kq), Radik İsayev (87 kq yuxarı) və Fəridə Əzizova (67 kq) turnirin qalibi olub. Cavad Ağayev (68 kq) və Payam Qobadi Oğaz (87 kq) yalnız finalda, Bəhruz Quluzadə (54 kq) isə yarımfinalda uduzub.
Qeyd edək ki, millimiz baş məşqçilər Reza Mehmandust və Elnur Amanovun rəhbərliyi altında Niderlanddan birbaşa Belçikanın Lommel şəhərinə yollanıb. Komanda üzvləri 14-15 martda G2 kateqoriyalı açıq çempionata qatılacaqlar.
Daha çox