İtkin düşən 20 yaşlı hərbçimizin nəşi tapıldı

GÜNDƏM
14:01
31 May 2021
1246

Vətən Müharibəsində itkin düşmüş daha bir hərbçimizin şəhid olduğu məlum olub.

Sabah.az xəbər verir ki, şəhidimiz İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb. Neftçalanın Dalğa kəndində anadan olan M.İmanov doğulduğu rayonun Şəhidlər xiyabanında dəfn olunacaq.

2001-ci il təvəllüdlü şəhidimizin adı Müdafiə Nazirliyinin itkin düşən hərbçilərlə bağlı yaydığı siyahıda yer almışdı.

Xəbər lenti