Baş Prokurorluqdan arvadını öldürən hakimin vəkillərinə - Xəbərdarlıq
Baş Prokurorluq həyat yoldaşını qətlə yetirən hakimin vəkillərinin açıqlamalarına münasibət bildirib.
Sabah.az xəbər verir ki, qurumdan verilən məlumata görə, cinayət işi üzrə intensiv istintaq hərəkətləri aparıldığı hazırkı dövr ərzində hər hansı açıqlamanın verilməsi istintaqın gedişatına təsir kimi qəbul ediləcək: “Odur ki, Baş Prokurorluq bu kimi hərəkətlərdən çəkinməyi tövsiyə edir”.
Qeyd edək ki, vəkil Bəylər Məmişov açıqlamasında Fəqan Əhmədovun həyat yoldaşını guya qəsdən öldürməsi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını deyib. O qeyd edib ki, hadisə zarafat zəminində baş verib. Vəkil F.Əhmədovun odlu silahla ehtiyasız davrandığını bildirib. Eyni zamanda Fəqan Əhmədovun vəkili Ceyhun Yusifov da hadisənin ehtiyatsızlıqdan baş verdiyi ilə bağlı açıqlama verib.
Daha çox