Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçiriləcək

XƏBƏR
12:55
31 May 2021
621

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası işinə başlayacaq.

Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə ediləcək.

Tərəflər hərbi və müdafiə sahəsində inkişaf perspektivlərini və əsas fəaliyyət istiqamətlərini də nəzərdən keçirəcəklər.

Xəbər lenti