Bakıda ata 1 yaşlı oğlunu qətlə yetirdi - Yenilənib

HADİSƏ
11:30
31 May 2021
802

Bakının Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, 28 yaşlı Vüsal Əliyev 1 yaşlı oğlu R.-i boğaraq qətlə yetirib.

V.Əliyev tutulub.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Binəqədi Rayon prokurorluğu Bakıda azyaşlının atası tərəfindən qətlə yetirilməsilə bağlı məlumat yayıb.

Sabah.az xəbər verir ki, məlumata görə, mayın 30-da 2020-ci il təvəllüdlü Əliyev Ruzi Vüsal oğlunun yaşadığı evdə ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
İlkin istintaqla cinayətin zərərçəkənin atası Əliyev Vüsal Həsən oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Vüsal Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti