DSX Zəngilanda erməni təxribat qrupunun zərərsizləşdirilməsi xəbərini təkzib etdi

XƏBƏR
11:21
31 May 2021
581

Bəzi sosial media səhifələrində Zəngilan rayonu ərazisində dövlət sərhədində Ermənistan Silahlı Qüvvələrinin təxribat-diversiya qrupunun Azərbaycan ərazisinə keçməyə cəhd göstərərkən zərərsizləşdirilməsi, qrupun 2 üzvünün saxlanılması barədə məlumatlar yayılıb.

Sabah.az xəbər verir ki, bununla əlaqədar Dövlət Sərhəd Xidmətindən Trend-ə bildirilib ki, bu məlumatlar həqiqəti əks etdirmir, Ermənistanla dövlət sərhədində vəziyyət stabildir və bölmələrimizin tam nəzarəti altındadır.

Xəbər lenti