Bakıda məhkəmə hakimi arvadını öldürüb

HADİSƏ
09:05
31 May 2021
997

Bakıda məhkəmə hakimi arvadını öldürüb.

Sabah.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Sabunçu rayonu, Ləhiş bağlarında baş verib.

Sabunçu rayon məhkəməsinin hakimi Fəqan Əhmədov evində ov tüfəngindən açılan atəşlə həyat yoldaşının ölümünə səbəb olub. Hadisənin ehtiyatsızlıqdan, yaxud qəsdən törədildiyi məlum deyil.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, cütlüyün 3 övladı var.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir.

Xəbər lenti