Polis narkotikin təsirindən avtomobildə yatan şəxsləri saxladı
Bakıda avtomobildə yatan şəxslərin narkotikdən istifadə etdiyi məlum olub.
Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, "Grand" markalı avtomobilin içərisində iki nəfər yatıb. Ərazidə olan sakinlər polis əməkdaşlarına müraciət ediblər.
Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti əməkdaşları hadisə yerinə gəlib və hər iki şəxs ərazi üzrə polis bölməsinə aparılıb.
Onların üzərlərinə baxış keçirilən zaman avtomobilin sürücüsündən 0,680 qram heroin aşkar olunaraq götürülüb.
Araşdırma zamanı məlum olub ki, həmin şəxslər narkotik vasitənin təsirindən avtomobildə yatıb qalıblar.
Digər şəxsin ətrafında əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onun oğurluq əməlləri törətməsi istisna olunmur.
Faktla bağlı araşdırma aparılır.
Daha çox