Ağdam və Xocavənddə yeni hərbi hissələrin açılışı oldu - Fotolar
Ağdam və Xocavənd rayonları ərazilərində müasir avadanlıqla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət modul tipli daha iki hərbi hissə istifadəyə verilib.
Sabah.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Respublika Günü münasibətilə keçirilən açılış mərasimlərində birlik komandiri general-mayor Mayis Bərxudarov Müdafiə nazirinin təbriklərini şəxsi heyətə çatdırıb.
Modul tipli komplekslərdəki xidməti otaqlar kondisionerlər, mebellər, müasir tipli sanitar qovşaqları, yataq ləvazimatları, mətbəx avadanlıqları və generatorlarla təchiz olunub.
Azad olunmuş digər ərazilərimizdə yeni hərbi hissələrin tikintisi prosesi planlı şəkildə davam edir.
Daha çox