Keçmiş həyat yoldaşını öldürən ər istintaqa cəlb edildi

XƏBƏR
11:22
29 May 2021
589

Mayın 28-də Cəlilabadda qətl hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, Cəlilabad rayon prokurorluğundan verilən məlumata görə, rayon sakini Xanaliyeva Rəna Allahqulu qızının qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

İstintaqla zərərçəkmişin keçmiş əri Bayramov Cavid Nəriman oğlunun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəna Xanaliyevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

C.Bayramov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti