“Neftçi”nin qapıçısına hipoksiya diaqnozu qoyuldu
Azərbaycan Premyer Liqasının XX turunda "Sabah”la oyunun ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən "Neftçi"nin qapıçısı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib.
Sabah.az xəbər verir ki, bu barədə Bakı klubundan məlumat verilib.
Bildirilib ki, stress nəticəsində yaranmış təngənəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçmədiyinə görə əvəzlənmiş qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb. Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub.
Daha çox