Dünyada koronavirusdan ölənlərin sayı 3,5 milyonu ötdü

XƏBƏR
09:03
29 May 2021
364

Dünyada son sutka ərzində 545 102 nəfər koronavirusa yoluxub, 12 406 nəfər ölüb.

Sabah.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının son hesabatında bildirilib.

Dünya üzrə ümumilikdə isə rəsmi olaraq 168 599 045 yoluxma hadisəsi, 3 507 477 ölüm faktı qeydə alınıb.

Virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 32 869 009 nəfər virusa yoluxub. Siyahıda daha sonra Hindistan (27 555 457) və Braziliya (16 274 695) gəlir.

Xəbər lenti