"Azərsu"nun əməkdaşı iş yerində intihar etdi

HADİSƏ
14:36
28 May 2021
574

Saatlı rayonunda intihar hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, rayonun Yeni Novruzlu kəndi ərazisində 4 nömrəli Regional Sukanal İdarəsinə aid otaqda həmin idarənin əməkdaşı - 62 yaşlı Rzaxan Alışov intihar edib.

Faktla bağlı Saatlı Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, 4 nömrəli Regional Sukanal İdarəsi "Azərsu" ASC-nin strukturuna daxildir.

Xəbər lenti