Çavuşoğlu Azərbaycanı belə təbrik etdi - Video
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 28 May - Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Sabah.az xəbər verir ki, türkiyəli nazir bununla bağlı tvitter hesabında paylaşım edib.
“Vətən Müharibəsində qazanılmış dastan kimi zəfərin sevinci ilə Can Azərbaycanı Respublika Günü münasibətilə təbrik edirəm. Şanlı Azərbaycan bayrağı bu il mayın 28-də işğaldan azad edilən torpaqlarda da dalğalanır! Üç rəngli bayrağınla məsud yaşa, Can Azərbaycan!”, - deyə Çavuşoğlu qeyd edib.
Daha çox