Bu dəfə qayda pozan xanımlar mükafatlandırıldı - Video
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi hər il olduğu kimi, bu dəfə də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakıda reyd keçirib.
Sabah.az xəbər verir ki, yol polisi paytaxtda qayda pozan istər piyada, istərsə də sürücü xanımları saxlayıb.
Bu dəfə zərif cinsi nümayəndələrinə inzibati protokol tərtib olunmayıb, əvəzində onlara müxtəlif hədiyyələr təqdim edilib.
Ötən illərdən fərqli olaraq, bu il aksiyaya “Bu şəhərdə” komandasının üzvləri, Əməkdar artistlər Rafael İsgəndərov, Coşqun Rəhimov və Müşfiq Abbasov da qoşulublar.
Daha çox