Ağdamda inşa olunacaq ilk yaşayış binasının təməli qoyuldu - Fotolar

XƏBƏR
12:58
28 May 2021
509

Mayın 28-də Prezident İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.

Sabah.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

***

Dövlət başçısına inşa ediləcək ilk yaşayış binası barədə məlumat verilib.

Qeyd olunub ki, ABŞ-ın “Gensler”, Azərbaycanın “Azərbaycan inkişaf” və Türkiyənin “URAL mühəndislik” şirkətləri binanın layihələndirilməsinə cəlb olunub. Binanın fasadında Ağdamın yerli ağ daşından və Avropa memarlıq elementlərindən istifadə ediləcək. Mənzillər 1,2,3,4 və 5 otaqlı olacaq.

Dövlət başçısı binanın təməlini qoydu.

Xəbər lenti