Prezident Ağdama səfər edib - Fotolar+Yenilənib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdama səfəri çərçivəsində Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində iştirak edib.
Sabah.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
***
Prezident İlham Əliyev Ağdamda Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində olub.
***
Prezident Ağdam şəhər meşə-parkında ağac əkilməsi mərasimində iştirak edib.
***
Dövlət başçısı Ağdam Sənaye Parkının təməlqoyma mərasimində də iştirak edib.
***
Prezident İlham Əliyev Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimində iştirak edib.
***
Prezidenti Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoyub.
***
Prezident Ağdamda Şahbulaq qalasında da olub. Dövlət başçısına abidənin yenidənqurma planı təqdim edilib.
***
Dövlət başçısı Ağdama səfəri çərçivəsində Qiyaslı məscidində olub.
Daha çox