Körpələr evinin müdirindən hədə-qorxu ilə pul istəyənlər saxlanıldı

HADİSƏ
11:51
28 May 2021
476

Mayın 27-də Bərdə rayonunun Dəymədağlı kəndi ərazisində yerləşən körpələr evinin müdiri rayon prokurorluğuna ərizə ilə müraciət edərək həmin gün saat 15 radələrində kənd ərazisində özlərini televiziya əməkdaşları kimi təqdim edən 3 nəfərin hədə-qorxu gələrək ondan 300 manat pul tələb etmələrini bildirib.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən “Fakt araşdırma” internet televiziyasının təsisçisi, Gəncə şəhər sakinləri, əvvəllər iki dəfə məhkum olunmuş Qurban Alışanov, “AZTV news” xəbər portalının işçisi, əvvəllər məhkum olunmuş Seymur Məmmədov və “Araşdırmaçı” agentliyində müxbir işləyən  Siyəzən rayon sakini Elvin Qurbanov müəyyən edilərək saxlanılıblar.

Araşdırma aparılır.

Xəbər lenti