Həyətində narkotik yetişdirən şəxs saxlanıldı

HADİSƏ
10:52
28 May 2021
458

Şabranda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şahnəzərli kənd sakini saxlanılıb.

Sabah.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Eyvaz Qafarova məxsus fərdi yaşayış evinə baxış zamanı evin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilən 19 ədəd çətənə bitkisi aşkarlanıb.

Faktla bağlı Şabran Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Xəbər lenti