“Bu ilin 5 ayında ötən ilə nisbətən koronavirusdan ölüm halları daha çox olub”
“May ayı ərzində “COVID-19” infeksiyasına yoluxma hallarının səviyyəsində sabitləşmə və dinamik azalma tendensiyası müşahidə olunub. Yoluxmalar ailə və qohumluq əlaqəsi olan insanlar arasında daha çox qeydə alınıb. Bu da onu deməyə əsas verir ki, ölkədə tətbiq olunan karantin rejimi öz səmərəsini verib və hazırkı vəziyyətdə ölkəmizin “COVID-19” infeksiyasına görə epidemioloji durumunu sabit qiymətləndirmək olar”.
Sabah.az xəbər verir ki, bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev bildirib. O qeyd edib ki, pandemiyanın davam etdiyi bir ildən artıq müddətdə müxtəlif dünya ölkələrində karantin rejiminin yumşalmalarının insanlarda “təhlükəsiz şərait” təəssüratını yaratdığının və insanlarda yaranan arxayınlığın koronavirusun yayılmasının qarşısını almaqda həlledici rolu olan profilaktika tədbirlərinə əməl edilməməsinə səbəb olmaqla xəstəlik hadisələrinin yenidən artmasına şərait yaratmasının şahidi olmuşuq. Lakin inanırıq ki, artıq uzun müddətli karantin rejimi dövründə vətəndaşlarımızın adət etdiyi fərdi qorunma vərdişləri belə bir arzuolunmaz nəticələrdən kənar olmağa imkan verəcək.
V.Abdullayev bildirib ki, yumşalmalar dövründə insanlar daha da ehtiyatlı olmalı, özünü və digərlərini hələ ki, ətraf mühitdə dövr edən təhlükəli virusa yoluxma risklərindən qorumaq üçün bütün mümkün tədbirləri görməlidirlər:
“Unutmaq lazım deyil ki, “COVID-19” üzərində tam qələbə çalmaq üçün uzun bir müddət lazımdır və pandemiya dünya əhalisi üçün ciddi bir təhlükə yaratmaqda davam edir. Yalnız bir statistik məlumata diqqət yetirmək kifayət edər ki, dünya üzrə 2021-ci ilin beş ayında 2020-ci ilə nisbətən koronavirus infeksiyası və bu xəstəlikdən ölüm hadisələri daha çox olub”.
Daha çox