Taksi sürücüsü formasında narkotik satarkən tutuldu - Video

HADİSƏ
15:04
27 May 2021
489

Taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN Mətbuat xidmətindən Sabah.az-a verilən məlumata görə, həmin şəxs Qobu və Hökməli qəsəbələrində, eləcə də, Abşeron rayonunun inzibati ərazisinə daxil olan digər ərazilərdə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Sumqayıt şəhər sakini Ceyhun Əsədovdur.

Onun üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 100 qrama yaxın psixotrop maddə olan metamfetamin, 15 qram narkotik vasitə heroin, satışı qadağan olunan psixotrop tərkibli dərmanlar və narkotik vasitələrin satışı üçün nəzərdə tutulan 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Həmin şəxs məsuliyyətdən yayınmaq üçün taksi sürücüsü görünüşü yaradaraq narkotik vasitələrin satışı ilə məşğul olub.

Xəbər lenti