Ərdoğan Şuşaya bu tarixdə səfər edəcək

GÜNDƏM
14:31
27 May 2021
993

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 15-də Azərbaycana səfəri gözlənilir.

Sabah.az xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” agentliyinə Bakıdakı diplomatik mənbələrdən məlumat verilib.

“İyunun 16-sı isə Azərbaycan və Türkiyə Prezidentlərinin Qarabağın Şuşa şəhərinə səfəri gözlənilir”,- deyə məlumatda qeyd olunub.

Mənbə Ərdoğanın Qarabağın ikinci böyük şəhəri olan Şuşaya səfəri zamanı burada məktəb təməlqoyma mərasiminin keçirilməsinin planlaşdırıldığını da açıqlayıb.

Ərdoğanın Bakı və Şuşaya iddia olunan səfəri rəsmi mənbələr tərəfindən hələ ki, təsdiqlənməyib.

Xəbər lenti