Ermənistan MN saxlanılan diversantların adlarını açıqladı
12:19
27 May 2021
487Bu gün gecə saatlarında Azərbaycan Ordusu tərəfindən zərərsizləşdirilərək saxlanılan erməni hərbçilərin adları açıqlanıb.
Sabah.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Saxlanılan 6 hərbçinin adları: A.N.Abqaryan, I.A.Sarkisyan, V.V.Sarkisyan, B.S.Ohanyan, A.Q.Budoyan, V.O.Rafaelyan.
Xatırladaq ki, mayın 27-də saat 3 radələrində Ermənistan Silahlı Qüvvələrinin iki qrupdan ibarət kəşfiyyat-diversiya dəstəsi Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi istiqamətində Azərbaycan ərazilərinin dərinliyinə daxil olaraq, ərazidə kəşfiyyat-diversiya əməliyyatları və yolların minalanmasına yönəlmiş təxribat terror fəaliyyəti həyata keçirməyə cəhd göstəriblər.
Həmin qruplar aşkar edilib, onların bir hissəsi qaçıb, 6 nəfər isə (bir qrupdan 2, digər qrupdan 4 nəfər olmaqla) Azərbaycan Ordusu tərəfindən tərkisilah edilərək saxlanılıblar.
Daha çox