"Ermənistanın törətdiyi təxribat üçtərəfli bəyanatın pozulmasıdır"

GÜNDƏM
10:57
27 May 2021
697

"Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin sərhəd xəttinə yaxın Kəlbəcər istiqamətində təxribat törətməsi barədə məlumat yayıb. Bir qrup erməni hərbçi Azərbaycan ərazilərinə keçməyə cəhd göstərib".

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tvitterdə bildirib.

O qeyd edib ki, bu, növbəti təxribat xarakterli hərəkətdir.

“Eyni zamanda, bu, üçtərəfli bəyanatın Ermənistan tərəfindən pozulmasıdır!”, - deyə XİN rəsmisi vurğulayıb.

Xəbər lenti