“Mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram” - Mehriban Əliyeva

ÖLKƏ
21:58
7 Mart 2020
71

Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva rəsmi "İnstagram" səhifəsində etdiyi paylaşımda autizm sindromlu uşaqlara 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərinə görə minnətdarlığını bildirib.

Sabah.az xəbər verir ki, paylaşımda deyilir:

"Beynəlxalq Qadınlar Günü münasibətilə autizm sindromlu uşaqlar tərəfindən sevgi ilə hazırlanmış videoçarx mənə xoş, isti, işıqlı duyğular yaşatdı. Bu uşaqların simasında mənə bayram təbriklərini çatdıran bütün balaca soydaşlarımızı bağrıma basıram, hər birinə möhkəm cansağlığı, uzun ömür, xoşbəxt gələcək arzulayıram!"

Xəbər lenti