Koronavirusa tutulanların 51 faizi qadınlardır
Azərbaycanda ölkə üzrə koronavirusa ən çox yoluxma yenə də Bakıda qeydə alınıb - 54,2 faiz.
Sabah.az xəbər verir ki, bu barədə koronavirusinfo.az saytında məlumat verilib.
Bu say Abşeronda 13,0 faiz, Aran rayonlarında yoluxma 12,0 faiz, Gəncə-Qazaxda 7,2 faiz, Şəki-Zaqatalada 4,1 faiz, Quba-Xaçmazda 3,1 faiz, Lənkəranda 2,4 faiz, Dağlıq Şirvanda 2,3 faiz, Yuxarı Qarabağda 1,4 faiz və Naxçıvanda yoluxma 0,08 faiz təşkil edir.
Ölkəxarici yoluxma isə 0,3 faizdir.
Ümumi yoluxanların 51 faizini qadınlar, 49 faizini isə kişilər təşkil edir.
Daha çox