Bakıda ən çox yoluxma bu rayondadır

XƏBƏR
09:25
27 May 2021
385

Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistika açıqlanıb.

Sabah.az koronavirusinfo.az saytına istinadən xəbər verir ki, paytaxt rayonları üzrə ən çox yoluxma bu dəfə Binəqədi rayonunda qeydə alınıb. Bakıda aşkarlanan yoluxma faktlarının 14,6 %-i bu rayonun payına düşür.

Bu say Xətaidə 13,4 faiz, Yasamalda 12,2 faiz, Sabunçuda 11,2 faiz, Nərimanovda 8,2 faiz, Suraxanıda 8,2 faiz, Nəsimidə 7,9 faiz, Nizamidə 7.1 faiz, Xəzərdə 7,2 faiz, Səbaildə 5,0 faiz, Qaradağda 4,5 faiz, Pirallahıda 0,5 faiz təşkil edib.

Xəbər lenti