Çavuşoğlu Azərbaycana gələcək

XƏBƏR
17:15
26 May 2021
419

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək.

Sabah.az “Daily Sabah”a istinadən xəbər verir ki, bu barədə Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında bildirib.

Türkiyəli nazir qeyd edib ki, o, mayın 31-də Yunanıstana səfər edəcək və bu səfərin ardından Azərbaycana gələcək.

İyunun 12-14-də isə M.Çavuşoğlu Brüsselə səfər edəcək.

Xəbər lenti