Formula 1 çərçivəsində bulvar bağlı olmayacaq

XƏBƏR
15:04
26 May 2021
417

Bu il Formula 1 yarışı tamaşaçısız keçirildiyi üçün dənizkənar bulvar ərazisi bağlı olmayacaq.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH), Bakı Nəqliyyat Agentliyi (BNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) birgə məlumatında bildirilir.

Qeyd olunur ki, şəhər sakinləri yarış həftəsinin bütün günlərində bu ərazidən gün boyu istifadə edə biləcəklər.

Xəbər lenti