Ermənistan atəşkəsi pozdu - Müdafiə Nazirliyi

ÖLKƏ
13:11
26 May 2021
739

Mayın 24-dən 26-dək Azərbaycan Ordusunun Kəlbəcər və Gədəbəy rayonlarında yerləşən mövqeləri Ermənistan Respublikasının Geqarkunik vilayəti ərazisindəki düşmən mövqelərindən fasilələrlə atıcı silahlardan atəşə tutulub.

Bu barədə Müdafiə Nazirliyindən Sabah.az-a bildirilib.

Eyni zamanda Ermənistan tərəfi təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açıb.

Cavab atəşi açılmayıb. İtki yoxdur.

Xəbər lenti