“Azəriqaz” əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlandı
Bakı şəhəri Sabunçu rayonunda “Azəriqaz”ın əməkdaşlarının döyülməsi ilə bağlı cinayət işi başlanılıb.
Sabah.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, hadisə aprelin 19-da qeydə alınıb:
"Bununla bağlı bildiririk ki, aprelin 19-da “Azəriqaz” İB-in əməkdaşlarının ərazidə xidmət etdiyi zaman qaz xəttinin yerinin dəyişdirilməsi səbəbindən əməkdaşlardan biri- İlkin Əzizovun abonentlə mübahisəsi yaranması və abonentin qohumu olan Elnur Əliyevin həyətdən çıxaraq yumruqla onun çənə nahiyəsindən zərbə endirməsi barədə müraciət əsasında Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsində araşdırma aparılıb.
Fakta görə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
Nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək".
Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin yaydığı məlumata görə, qurumun 4 əməkdaşı fiziki hücuma məruz qalıb.
Daha çox