Prezidentin köməkçisi COVID-19 pasportunu paylaşdı - Foto
Prezidentin köməkçisi Şahmar Mövsümov şəxsi COVID-19 pasportunun fotosunu paylaşıb.
Sabah.az xəbər verir ki, Ş.Mövsümov şəklə bu şərhi verib: “Pandemiyaya qalib gəlməyin və normal həyata mümkün qədər tez qayıtmağın yeganə yolu peyvənddir!”
Qeyd edək ki, bu gün Operativ Qərargahın brifinqində açıqlanan məlumata əsasən, COVID pasportu olan şəxslər idman-sağlamlıq mərkəzlərindən istifadə edə biləcəklər. COVID pasportu iki sertifikatdan ibarətdir. Birincisi, peyvəndləşmə sertifikatı, ikincisi isə immunitet (yoluxub sağalmış şəxslər) sertifikatıdır.
Daha çox