Oğuzda meşə zolağında yanğın - Foto

HADİSƏ
19:46
7 Mart 2020
58

Oğuz rayonunun Xaçmazqışlaq kəndi yaxınlığında meşə zolağında yanğın baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində Xaçmazqışlaq kəndi yaxınlığında 2 ha sahədə kol-kos və ağaclar yanıb. Meşə zolağı yanğından mühafizə olunub.

Yanğın FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin ərazi üzrə yerli bölmələrinin əməkdaşları tərəfindən söndürülüb.

Xəbər lenti