“Kriti Elmar” tutuldu

XƏBƏR
10:04
25 May 2021
354

Lənkəranda avtoritet saxlanılıb.

Sabah.az xəbər verir ki, DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış rayon sakini Elmar Abdullayevin üzərindən dörd bükümdə heroin, üç bükümdə psixotrop maddə metamfetamin, bir ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi, həmin silaha aid 4 ədəd patron və əlavə olaraq “Makarov” tipli tapançaya aid 6 ədəd güllə aşkarlanaraq götürülüb.

Qeyd edək ki, cinayətkar aləmdə “kriti Elmar” kimi tanınan həmin şəxs əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsilə məhkum olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti