Bakıda ağır qəza - 3 ölü, 6 yaralı+Yenilənib

HADİSƏ
16:13
24 May 2021
1115

Bakıda hava limanı - Bilgəh yolunda yol nəqliyyat-hadisəsi baş verib.

Sabah.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, hazırda yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

***

Mərdəkan yolunda baş verən avtoqəza nəticəsində daxil olan çağırış əsasında hadisə yerinə 5 təcili Tibbi Yardım Briqadası göndərilib.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, 3 nəfər (1 qadın, 2 kişi) hadisə yerində dünyasını dəyişib, 6 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıblar.

Xəbər lenti