23 yaşlı gənc suda batdı
Ağcabədi rayonunda 23 oğlan suda batıb.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Ağcabədi rayonu, Xocavənd kəndi ərazisindən keçən hissəsində 1997-ci il təvəllüdlü Bayramov Muxtar Namiq oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Daha çox