Bakıda 8 yaşlı uşağı maşın vurdu, xəstəxanada öldü

XƏBƏR
13:59
24 May 2021
597

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sabah.az-a verilən xəbərə görə, mayın 21-də Xəzər rayonunun Zirə qəsəbəsi ərazisində qəsəbə sakini S.Həsənov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən 8 yaşlı Umud Əzizovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən uşaq mayın 22-də orada ölüb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti