Ötən il koronavirusla mübarizəyə nə qədər vəsait xərclənib?

XƏBƏR
11:42
24 May 2021
523

2020-ci il dövlət büdcəsinin ehtiyat fondundan yeni növ koronavirus (COVİD-19) pandemiyasının ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə, əhaliyə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi, habelə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar işsiz şəxslərə birdəfəlik ödəmələrin verilməsi, xarici ölkə və təşkilatlarda koronavirus xəstəliyi ilə mübarizə aparılması və xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə onlara humanitar yardım göstərilməsi üçün xərclənən vəsait açıqlanıb.

Sabah.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, bu məqsədlə 384,3 milyon manat vəsait sərf olunub.

Xəbər lenti