Bakıda ağır qəza - 4 nəfər yaralandı+Fotolar
Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az Trend-ə istinadən xəbər verir ki, qəza Abşeron rayonu Masazır qəsəbəsi Masazır-Novxanı yolunda qeydə alınıb. İki "Lada" markalı, 15-BV-216 və 99-VK-812 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Avtomobilin deformasiya uğramış salonundan şəxsləri çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
Avtomobildən çıxarılan sürücü və sərnişin adiyyatı üzrə təhvil verilib.
Daha çox